Onlayn ictimai-siyasi qəzet
11 gün əvvəl öldürülmüş “oğrubaşı” Kamçı Kolbayevin intiqamını almaq üçün Qırğızıstana gələn üç əcnəbi killer Bişkekdə saxlanılıb.
Musavat.com xarici mediaya istnadla xəbər verir ki, Qırğız Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, onlar Qırğızıstana kriminal avtoritet Kamçının intiqamını almaq üçün gəliblər. Həbs zamanı onların bir sıra vətəndaşların qətlində əli olduğu və axtarışda olduqları məlum olub.
Dövlət komitəsinin məlumatına görə, saxlanılanlar Özbəkistan vətəndaşlarıdır.
“İstintaq tədbirləri zamanı onlar ifadə verərək deyiblər ki, kriminal aləmin nümayəndələri onlara Kolbayevin ölümünə görə qisas almaq üçün “əmr” veriblər”, - deyə xüsusi xidmət orqanları bildirib.
Təhlükəsizlik komitəsi və “Alfa” xüsusi xidmət orqanı ilə birgə həyata keçirdikləri əməliyyat tədbirləri zamanı adıçəkilən cinayətkarlar oktyabrın 13-də Bişkek şəhərində saxlanılaraq Özbəkistanın hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
Xatırladaq ki, oktyabrın 4-də Bişkekdə qanuni oğru Kamçı Kolbayev xüsusi əməliyyat zamanı məhv edilib.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ