İnsanlara hürriyət, millətlərə istiqlal!

Bişkek toplantısında ƏSAS DEVİZ: Türk dövlətlərinin YENİ HƏDƏFİ

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Zirvə görüşündə TDT-yə üzv ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər. Zirvə toplantısından öncə Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan görüşü olub.

Görüşdə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub. Zirvə toplantısının türk dövlətləri arasında əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi vurğulanıb. Söhbət zamanı Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti bir daha qeyd edilib. Bununla yanaşı, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminlik bildirilib, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TDT dövlət başçılarının Bişkekdə keçirilən Zirvə görüşü ilə bağlı fikirlərini Medianews.az-a bölüşən millət vəkili Sahib Alıyev bildirib ki, toplantıda əsas diqqət ilk növbədə türk dünyasının güclənməsi üçün atılacaq addımlara yönəldilib.

Onun sözlərinə görə, bu addımlardan ən birincisi müdafiə, təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlıqdır: “Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşünün əsas devizinin reallaşması üçün nə etmək lazım gəldiyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin oradakı çıxışında açıqlandı. Xatırladım ki, bu Zirvədə diqqət ilk növbədə türk dünyasının güclənməsi üçün atılacaq addımlara yönəldilib. O addımlardan biri və birincisi isə ” dövlət başçımızın bildirdiyi kimi “hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq” olmalıdır. Mərkəzi Asiyadakı qardaşlarımız gözəl bilirlər ki, bizim torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanla Türkiyənin məhz vurğulanan sahələrdə əməkdaşlığı az rol oynamayıb”.

Deputat S.Alıyev vurğulayıb ki, İkinci Qarabağ savaşından sonra Türkiyə ilə yanaşı, Azərbaycan da müdafiə sənayesini təkcə özünün deyil, Mərkəzi Asiya ölkələrinin də bir sıra tələblərini təmin edə biləcək səviyyədə gücləndirib: “Mərkəzi Asiyadakı qardaşlarımız yaxın gələcəkdə bu yöndə daha böyük uğurların əldə ediləcəyindən xəbərdardılar. Ona görə də bu Zirvə görüşündən sonra öz təhlükəsizliklərini təmin etmək, eləcə də müdafiə qabiliyyətlərini artırmaq üçün türk dövlətləri arasında hərbi-siyasi və hərbi texniki sahədə indiyədək atılan addımları kölgədə qoyacaq əməkdaşlığa başlanacağı düşüncəsindəyəm. Ukraynada baş verənləri yaxından izləyən türk dövlətləri bundan doğru nəticə çıxarmalı, müdafiə ehtiyaclarını tam da olmasa, böyük həcmdə məhz özlərinin hərbi-sənaye potensialını artırmaq, gəlişdirmək, birgə layihələr reallaşdırmaqla ödəməli, digərlərindən asılılıqlarını mümkün dərəcədə azaltmalıdırlar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR