Makiyaj ustası Anar Ağakişiyev bir tələbəni 10 min dollara hazırladığını açıqlayıb.
Bu barədə Anar “Qonaqcanlı” verilişində danışıb.
Ağakişiyev bildirib ki, Türkiyədə ondan təhsil alan iki tələbəsi var:
“Bu məbləğ bir həftə üçündür. Onlar istəyirlər ki, bu sənəti sırf məndən öyrənsinlər, ödəniş edirlər. Nəzərə alın ki, bir həftə hər gün 7 saat ayaqüstə dayanıb, öyrədirsiniz. Mən bu sənəti öyrənmişəmsə, özümə külli miqdarda yatırım etmişəmsə, niyə ucuza satmalıyam? Ömrümdə özüm qədər özünə yatırım edən insan tanımıram, forumlar və sairə. Onsuz da vizajist əlindən tərpənməyə yer yoxdur. Bu sahəni iflic vəziyyətinə salıblar. Kimsə oyanacaq, deyəcək ki, vizajist olmaq istəyirəm, gedim Anar 500 manata öyrətsin. Mənim nə marağım var ki?” (olay)
ŞƏRHLƏRŞƏRH YAZ