Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.
Musavat.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm, Qubada 16 mm, Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm, Şəkidə 4 mm olub. Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır.
Şimal- qərb küləyi Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 14 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ