İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya qaz ehtiyatlarını Moldova ilə bölüşəcəyini deyir

Rumıniya qışda ehtiyac yaranarsa, qaz ehtiyatlarını Moldova ilə bölüşə bilər.

Musavat.com xəbər verir ki, Rumıniyanın energetika naziri Sebastyan Burduja bu barədə "Moldova 1" telekanalına müsahibəsində bildirib:

"Rumıniyanın istifadə oluna bilən öz ehtiyatları və istehsalı da var. Əminik ki, bu həcm hətta qış aylarında belə uzun müddət üçün kifayət edəcək. Cari ehtiyatlarla yanaşı, biz artıq anbarda olan həcmləri də göndərməyə hazırıq”.

Moldovanın “Energocom” şirkətinin rəhbəri Vladimir Banzar bir müddət əvvəl Rumıniyada 50 milyon kubmetrə yaxın ehtiyatın olduğunu bildirmişdi. Qaz Moldova tərəfindən alınıb. Onun sözlərinə görə, belə ehtiyatlar “Ukraynadakı vəziyyətin qeyri-müəyyənliyi” səbəbindən yaranıb. Moldovanın Energetika Nazirliyinin dövlət katibi Konstantin Borosan əmin edib ki, Moldovanın 100 milyon kubmetrə yaxın qaz ehtiyatı var və bu da respublikanı 20 günə yaxın təmin etməyə kifayət edir. Əvvəllər Moldova hökuməti qaz ehtiyatlarının illik istehlakın 15 faizi, yəni təqribən 150 milyon kubmetr olması barədə qərar qəbul edib. Bu həcmin demək olar ki, üçdə biri - 47 milyon kubmetr ən azı 10 gün ərzində kifayət etməklə fövqəladə hallar üçün yığılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR