İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir il zülmə dözmüşəm!” - Nigar Şabanova ikinci boşanmasından danışdı - VİDEO

Əməkdar artist Nigar Şabanova ikinci evliliyi barədə danışıb.

Musavat.com Yenisabah.az-a istinadla xəbər verir ki, o, qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər verilişində yenə boşandığını etiraf edib:

"Həyatımın ən böyük səhvi ailə qurmağım oldu. Bu, özümə bağışlamayacağım bir səhvdir. Çünki həyat təcrübəsi ola-ola mənim o yaşda səhv eləyib, imansıza iman gətirməyə çalışıb, inanmağımı özümü bağışlamayacağam. Bunu bir ömür boyu bağışlamayacağam.

Bu gün xoşbəxtəm, amma nə qədər xoşbəxt olsam belə, ikinci dəfə ki o ad var, o damğa ki var, o adı özümə bağışlmayacağam, heç kimə deyil. İnsanlar sosial şəbəkədə haqqımda xoşaqəlməz fikirlər yazırlar ki, nə oldu, ikinci dəfə də evliliyi alınmadı və s...

Ümumiyyətlə, həyatımda baş verən o hadisələrlə bağlı heç bir şey danışmaq istəmirəm. Sadəcə bir kəlmə deyəcəyəm, həyatımda elə şeylər yaşadım ki, özümdən utanıram dilə gətirib nələrsə danışmağa. İkinci dəfə həyatımın dağılmağının günahkarı mən deyiləm. Çünki mən bir il zülmə dözmüşəm. Hər şeydə də qadını günahlandırmaq olmaz. Əgər qarşı tərəf o peşənin (həyat yoldaşı Xəyyam hərbçi idi - red.) sahibidirsə, deməli, o ideal insandır. O yalnız peşəsinin idealı ola bilər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR