Onlayn ictimai-siyasi qəzet
Astroloqlar hesab edirlər ki, onların hər birinin xarakter xüsusiyyətləri uğurlu tərəfdaşlıq qurmağa mane olacaq.
Hansı bürclər münasibətə belə başlamamalıdır?
Musavat.com lent.az-a istinadən həmin bürcləri təqdim edir:
Şir və dolça
Bu cütlükdə Dolça Şirlərin hər zaman diqqət mərkəzində olmaq istəməsi bezdirici olacaq. Tərəfdaşlar arasında rəqabət və qısqanclıq münasibətləri dağıdıcı ola bilər.
Əkizlər və oxatan
Əkizlər və Oxatan vərdişlərini dəyişsələr, mükəmməl uyğunlaşa bilərlər. Məsələn, Oxatanlar özlərini ən ağıllı hesab edirlər, Əkizlər isə dedi-qodu etməyi sevirlər. Bundan imtina edə bilsələr, ayrılıq onları təhdid etmir.
Xərçəng və oğlaq
Oğlaq öz daxili gücünü göstərsə, bu insanların birliyi çox uzun müddət davam edə bilər, çünki Xərçənglər təbiətcə daha həssas və yumşaqdırlar. Əks halda, Xərçənglərin mülayimliyi Oğlaqları bezdirməyə başlayacaq, Xərçənglər isə Oğlaqların soyuqluğundan inciyəcəklər.
Qoç və tərəzi
Qoç həmişə güclü enerji axını yayır. Vaxtında olmaq üçün onun tempdə olması vacibdir. Amma Tərəzi uzun müddət tərəddüd edir, çox vaxt qərarsız olurlar. Belə olan halda istər-istəməz maraqların toqquşması yaranır.
Buğa və əqrəb
Buğa ev rahatlığını və romantikanı yüksək qiymətləndirir, Əqrəblər isə yollarında olan hər şeyi yandırmağa hazırdırlar. Onlardan biri çox aktivdir, digəri isə evdə qalmağa üstünlük verir. Ehtiraslı Əqrəb çox vaxt Buğanın passivliyini sevmir.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ