Onlayn ictimai-siyasi qəzet
Biləsuvar rayon sakini qəflətən vəfat edib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Xırmandalı kənd sakini, 1990-ci il təvəllüdlü Muxtarov Niyaməddin Musa oğlu ürəyində olan ağrılarla əlaqədar aptekə yaxınlaşıb.
Şahidlərin sözlərinə görə, bu zaman ona iynə vurulub. Küçəyə çıxan N.Muxtarov qəflətən yerə dəyib. Daha sonra onun öldüyü məlum olub.
Onun meyidi müayinə olunması üçün rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
29 Sentyabr 2024
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ