İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bəzilərinin həcisi var, mənimsə mollam?” - Ofeliya Şabanovadan qalmaqallı AÇIQLAMA

Müğənni Ofeliya Şabanova keçirdiyi mətbuat konfransında həmişə olduğu kimi yenə diqqət çəkən açıqlamalar verib.

Jurnalistlərin suallarını cavablandıran müğənni  “Deyirlər sizə bir molla sponsorluq edir, bu doğrudurmu?” sualına belə cavab verib:

“Bunu ilk dəfə sizdən eşitdim. Bəzilərinin həcisi var, mənimsə mollam? İraq olsun. Mən özüm mollayam, mollanı neynirəm. Mənim sənətə gəlişimə şairə Sahilə Pənah  dəstək olub. O, hacıxanımdır. Yəqin bunu eşidib, fərqli şəkildə yozublar. Mənim alnım açıq, üzüm ağdır”.

Görəsən, Ofeliya Şabanova ölkə şou-biznesində nömrə bir olmağı hədəfləyib?

Bu suala isə müğənni belə cavab verib:

“Hamıdan yüksəkdə Allah durur. Heç kim deyə bilməz ki, mən bir nömrəyəm. Amma sizə burada söz verirəm, dünya arenasına çıxacam. İddialı xanımam. Özümü heç də Aygündən, Röyadan zəif müğənni hesab etmirəm”. (lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR