İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bəziləri deyir ki, qazaxların öz dövlətçiliyi olmayıb, bu tariximizin təhrifidir" - Tokayev

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev “Joşı xan” tamaşasının premyerasına baxdıqdan sonra həm tamaşa haqqında, həm də Qazax dövlətçiliyi barədə açıqlama verib.

Musavat.com Qazaxıstan mediasına istinadla bildirir ki, sözügedən tamaşanın əsas süjet xətti Çingiz xan və oğlu Coşi xan arasındakı münasibətlərin tarixinə həsr olunub. Tamaşa Böyük Çölün türk tayfalarını vahid xalqda birləşdirən, Ulıtauda öz qoşununu quran, Qazax dövlətçiliyinin formalaşmasının əsasını qoyan, xan tituluna qədər yüksələn Coşı xanın həyat yolunu canlandırır. 

Qazaxıstan prezidenti  tamaşanı izlədikdən sonra əsərin müəllifi və teatr truppası ilə söhbət edib. O, tamaşanın mövzusunu son dərəcə aktual adlandırıb.

“Belə işlər insanlar üçün çox vacibdir. Tamaşanın mərkəzində əla ssenari, ifadəli dil dayanır. Bütün aktyorlar öz obrazlarına mükəmməl yiyələnib. Biz öz tariximizi, mədəni dəyərlərimizi qeyd etməliyik. Bəziləri deyir ki, qazaxların öz tarixi, dövlətçiliyi olmayıb. Bu, bizim tariximizin təhrifidir”, - deyə dövlət başçısı vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR