İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Jurnalistlər Federasiyasında Rusiya və korrupsiya QALMAQALI

Finlandiya, Norveç, Danimarka və İslandiyanın jurnalistlər birlikləri Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) rəhbərliyini korrupsiyada ittiham edərək, onu tərk etmək qərarına gəliblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Skandinaviya ölkələrinin jurnalistləri öz qərarlarının səbəbləri arasında Ukraynadakı təcavüzkar savaşı dəstəkləyən Rusiya Jurnalistlər İttifaqının hələ də təşkilatda yer almasına etiraz ediblər.

Dörd ölkənin Jurnalistlər Birlikləri IFJ rəhbərliyinin uzun müddət “korrupsiya mexanizmlərindən” istifadə etdiyinə diqqət çəkiblər. Bundan başqa onlar Rusiya Jurnalistlər Birliyinin Ukraynanın işğal olunan ərazilərində “filliallar” qurmasının yolverilməz olduğunu bildiriblər. Finlandiya Jurnalistlər Birliyinin rəhbəri Hanne Aho İFJ rəhbərliyini qəsdən bu məsələyə göz yummaqda suçlayıb.

IFJ korrupsiya ittihamlarını rədd edib. Təşkilat rəsmilərinin sözlərinə görə, İcraiyyə komitəsi Rusiya Jurnalistlər İttifaqının üzvlüyünün dayandırılması və sonradan xitam verilməsi üçün rəsmi prosesə başlayıb. Beynəlxalq təşkilat Skandinaviya birliklərinin bəyanatlarını "yalan və böhtan" adlandırıb.
Qərargahı Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın ən böyük media təşkilatıdır.

Bu gün bir sıra Rusiya KİV-ləri Rusiya Jurnalistlər Birliyinin IFJ-dən çıxarıldığını elan edib. Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov həmin informasiyanı inkar edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR