Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Amasiya şəhərində bəylə gəlinin və toyda iştirak edənlərin havaya atəş açması nəticəsində ehtiyatda olan hərbçi Mehmet Çelik həyatını itirib.
Musavat.com xəbər verir ki, ağır yaralanan 53 yaşlı Mehmet Çelik aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Hadisə nəticəsində ölən hərbçinin həyat yoldaşı günahkarların cəzalandırılmasını istəyib.
Sözügedən dəhşətli hadisənin görüntüləri anbaan lentə alınıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ