Onlayn ictimai-siyasi qəzet
Bəy toy günü infarkt keçirib.
Hindistanın Madhya Pradeş ştatının Şeopur bölgəsində dramatik hadisə baş verib.
26 yaşlı bəy toyda at üzərində olarkən infarkt keçirərək həyatını itirib. Hadisə Cümə gecəsi Şeopur qəsəbəsində baş verib. Məlumata görə Pradip Jat adlı bəy at belində toy məkanına daxil olarkən qəfil özünü pis hiss edib.
Sosial mediada yayılan görüntülərdə Jatın ənənəvi geyimdə at üzərində səhnəyə yaxınlaşarkən yavaş-yavaş önə əyildiyi və huşunu itirdiyi görünür. Bir qohumu ona kömək etməyə çalışsa da, Jat yerə yıxılıb.
Pradip Jat xəstəxanaya aparılıb, lakin həkimlər onun artıq dünyasını dəyişdiyini təsdiqləyib.
Bu faciə altı gün əvvəl Vidisha bölgəsində baş verən oxşar hadisədən sonra yaşanıb. 23 yaşlı Parinita Cayn qohumunun toyunda "Lehra ke Balkha ke" mahnısı sədaları altında rəqs edərkən səhnədə infarkt keçirərək dünyasını dəyişmişdi./Milli.az/
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ