İnsanlara hürriyət, millətlərə istiqlal!

Bessent Vaşinqtona gələn yapon nazirlə görüşdən yayındı – Ticarət danışıqları baş tutmadı

Yaponiyanın iqtisadi bərpa naziri Ryosei Akazava ABŞ-da maliyyə naziri Skott Bessentlə görüşə bilməyib və Tokioya qayıdır.

Musavat.com xəbər verir ki, məlumatı Kyodo agentliyi yayıb. Akazava ABŞ-aiyunun 26-29-da ticarət tarifləri ilə bağlı danışıqların növbəti raundunu keçirmək üçün getmişdi.

İyunun 27-də o, ticarət naziri Hovard Lutniklə görüşüb, ertəsi gün isə onunla iki dəfə telefonla danışıb. Yaponiya tərəfi ilk növbədə avtomobillərin idxalına 25 faizlik tariflərin azaldılmasına nail olmaq istəyir.

Yaponiya naziri Bessentlə şəxsən görüşmək üçün ABŞ-da qalma müddətini uzatsa da buna nail ola bilməyib və buna görə də Yaponiyaya qayıtmağa qərar verib.

Fevral ayında ABŞ prezidenti Donald Trampın bütün polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi barədə göstərişi Tokionun ciddi narahatlığına səbəb olub. Yaponiya tərəfi dəfələrlə Vaşinqtonu bu tarif tədbirlərinə, eləcə də digər tariflərə, o cümlədən avtomobillərin və ehtiyat hissələrinin idxalına 25 faiz rüsumlara yenidən baxmağa çağırıb.

Tokio nümayəndələri ABŞ-la ticarət danışıqlarına başlayıb və artıq bir neçə raund keçiriblər, lakin hələlik heç bir nəticə əldə etməyiblər. İyunun ortalarında Yaponiyanın baş naziri Şiqeru İşiba Kanadada keçirilən G7 sammiti çərçivəsində Trampla görüşüb, lakin orada da razılıq əldə olunmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR