İnsanlara hürriyət, millətlərə istiqlal!

Beslan faciəsini təhrif edən film məktəblilərə zorla göstərildi

Rusiyanın Murmansk vilayətində məktəblərdə şagirdlər dərsdən çıxarılaraq Marqarita Simonyanın 2024-cü ildə çəkdiyi və Beslan faciəsinə həsr olunan filminə məcburi şəkildə baxmağa cəlb edilib.

Musavat.com xəbər verir ki, bu barədə Murmansk siyasətçisi Violetta Qrudina məlumat yayıb.

Film 2004-cü il hadisələrini əks etdirən Yuri Dudun 2019-cu il sənədli filmindən sonra çəkilib və ona qarşı ideoloji cavab kimi təqdim olunub.

Premyerada Vladimir Solovyov və Simonyan çıxış edərək faciəni xatırlayıblar. Simonyan filmində müstəqil jurnalistləri – o cümlədən Yelena Milaşina və Yuri Dudu – “zalımçılıq edən kənar qonaqlar” kimi təqdim edib və onların sözlərini terrorçuları müdafiə kimi göstərməyə çalışıb.

Xatırladaq ki, Marqarita Simonyan hələ 2004-cü ildə Beslanda işləyərkən də girovların sayını azaldaraq 400 nəfər elan etmişdi. Halbuki sonrakı rəsmi rəqəmlərə görə, məktəbdə ən azı 1116 nəfər girov saxlanılmışdı. Bu yalanlar cəmiyyətdə bu gün də qəzəblə xatırlanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR