Onlayn ictimai-siyasi qəzet
"Beşiktaş"ın prezidenti Həsən Arat Ərəbistana gedərək Anderson Taliskanın klubu "Əl-Nəssr”lə mühüm razılaşma əldə edib.
Bu barədə Arat sosial media hesabında yazıb.
O qeyd edib: “Əziz “Beşiktaş” azarkeşləri. Səudiyyə Ərəbistanına getdim və əziz dostum, “Əl-Nassr”in prezidenti cənab Musalli Əl-Muammarla görüşdüm. “Beşiktaş” və “Əl-Nəssr” klubları arasında prinsipial razılığa gəldik ki, iki klub oyunçu transferlərində bir-birinə üstünlük verməlidir”.
Türkiyə mediasının məlumatına görə, Aratın ilk hədəfi Anderson Taliskadır. Tərəflərin Taliska məsələsində də razılığa gəldiyi, lakin futbolçunun və “Əl-Nəssr”in yekun qərarını vermədiyi bildirilir.
Bu mövsüm "Əl-Nəssr" forması ilə 17 rəsmi matçda rəqib qapısını 17 dəfə silkələməyi bacaran Taliska 2 dəfə də məhsuldar ötürmə edib.//Metbuat.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ