Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçmiş lideri Bəşər Əsəd Rusiya vətəndaşlığı almalıdır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlev yerli jurnallardan birinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər il 700 minə yaxın insan Rusiya pasportu alır və onların böyük əksəriyyəti heç də məşhur insanlar deyil.
Deputatın fikrincə, əgər Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rusiya Federasiyasının vətəndaşı olmağı bacarıbsa, o zaman ona qarşı indiki mənfi münasibətə baxmayaraq, Rusiya üçün kifayət qədər böyük işlər görmüş Əsədə də vətəndaşlıq verilməlidir.
Qeyd edək ki, hökumət devrildikdən sonra Əsəd ailəsi ilə birlikdə ölkə prezidenti Vladimir Putinin birbaşa qərarı ilə Moskvada sığınacaq alıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ