İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş ailə üzvünü öldürdü: 6-cı hədəfi bu şəxs imiş - Dəhşətli detal İLK DƏFƏ üzə çıxdı

Türkiyənin Adana şəhərində polis məmuru Mehmet Tehçi ötən il intihar edən oğlu Ökkeş Berkin ölümündə qayınatasını günahlandırıb. Nəticədə 64 yaşlı qayınatası Yusuf Tehçini, 61 yaşlı qayınanası Hüsnəni, qayınatasının bacısı 53 yaşlı Semiha Tehçi, 37 yaşlı həyat yoldaşı Ferdane və qaynı İsmayıl Tehçini öldürüb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, qətl şübhəlisi polis məmuru öz atası Ökkeş Tehçini öldürmək üçün Osmaniyeyə gedərkən Ceyhanda yaxalanıb.

Mersinin Tarsus rayonunda 19 illik təcrübəyə malik polis məmuru Mehmet Tehçinin Tarsus və Adanada törətdiyi ailə qətliamının təfərrüatları məlum olub.

Məlumata görə, polis məmurunun 16 yaşlı oğlu Ökkeş Berk dostu Mehmet Tefçinin ölümündən kədərlənib və ötən ilin avqust ayında intihar edib. Bundan sonra ata psixoloji cəhətdən pisləşib və davamlı olaraq ailə daxilində dava etməyə başlayıb.

Sonda bütün ailəsini öldürməyə qərar verən Mehmet Tehçi oğlunun intihar etdiyi otaqda həyat yoldaşı Ferdane Tehçinin ağzını lentlə bağlayaraq boğub. Mersindən Adanaya gedən Tehçi qayınatasını, qayınanasını və həyat yoldaşının bibisini müxtəlif yerlərindən bıçaqlayaraq öldürüb.

O, daha sonra qaynı, 44 yaşlı İsmayıl Tehçini danışmaq adı ilə yanına çağıraraq öldürüb.

Mehmet Tehçi Osmaniyedə yaşayan atası Ökkeş Tehçini öldürmək üçün yolda olarkən polis tərəfindən yaxalanıb.

Ailənin iki övladı dövlət himayəsinə götürülüb. Həyatını itirən 5 nəfər Osmaniyedə yan-yana dəfn edilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR