İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə zorakılığa məruz qalan yeniyetmə ilə bağlı YENİ XƏBƏR - VİDEO

Bərdə rayonunda cinsi zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan yeniyetmə və anası ilə psixoloji söhbət aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, zorakılıq faktı ilə bağlı Dövlət Komitəsi aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirir. Bu məqsədlə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin, həmçinin Bərdə Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfərlər edilib. Bu gün isə azyaşlı və anası Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb.

Ana qızına bu cür hərəkət edənlərin cəzasız qalmamasını istəyir:

“Hadisə olan zaman qızım hazırlıqdan gəlirdi. Mən özüm günü beş manata sahələrdə muzdlu işləyirəm ki, uşağımı böyüdüm. Mən uşaq böyütməmişəm ki, kimlərsə onu aparıb zorlasın. Xahiş edirəm ki, bu işdə günahkarlar öz cəzalarını alsınlar”.

Qeyd edək ki, azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR