Onlayn ictimai-siyasi qəzet
Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyanın yeni hökumətinə yardım göstərəcəklərini, lakin bunun müqabilində onlardan qadınlaırn hüquqlarına hörmət etməyi tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə o, "Funke" mediaqrupuna müsahibəsində deyib.
"Əgər Suriyada qadınlar təhlükəsiz deyilsə, o zaman burada ehtiyac duyulan milyonlarla savadlı insan xaricdən vətənlərinə qayıtmayacaq", - deyə Berbok qeyd edib.
Alman diplomatiyasının rəhbərinin sözlərinə görə, Avropa İttifaqı Suriyaya "islamçı strukturlar üçün" pul göndərməyəcək.
"Mən bunu "Heyət Təhrir əl-Şam" liderlərinə daha aydın şəkildə bildirdim", - deyə o qeyd edib.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ