Onlayn ictimai-siyasi qəzet
Aparıcı Nigar Fərhadın efirdə “Atasız qızı oğluma almaram” sözlərini tənqid edən məşhurlar sırasında Xalq artisti Faiq Ağayev də yer alıb.
Musavat.com xəbər verir ki, müğənni bu barədə sosial media hesabında paylaşım edib.
"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, "oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi izn vermərəm". Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi. Əvəzində mağara düşüncəsi qoyur ortalığa.
Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür, heç açılmayıb. Çox acınacaqlı haldır"-, deyə F.Ağayev bildirib.
Qeyd edək ki, Audiovizual Şura aparıcının "Kanal S" televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında səsləndirilən fikirlərlə bağlı araşdırma aparılacağını açıqlayıb.
Könül
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ