İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə sədrinin oğurluq etdiyini dedilər - 1000 manat cərimə olundular

Ağsu rayon Ləngəbiz bələdiyyəsinin sədri Babaseyid Seyidov barəsində böhtan xarakterli məlumatlar yayan iki kənd sakinini məhkəməyə verib.

Musavat.com-un xəbərinə görə, bələdiyyə sədri yutub kanallarında onun barəsində böhtan xarakterli çıxışlar etdiklərini iddia etdiyi iki nəfəri məhkəməyə verib.

Həmin şəxslər “Şimal Region” adlı yutub kanalında “Dövlət qurumlarının gözü qarşısında bələdiyyə sədri oğurluq edir”, “Bələdiyyə sədri Babaseyid Seyidov özbaşınalıq edir, metal boruları satılması məqsədilə qızının ərinə hədiyyə edir”, “Bələdiyyə sədri büdcəyə yığılan 36 min manat pulu dağıdır” kimi başlıqlarla çıxışlar ediblər.

Babaseyid Seyidov bu ittihamlara görə həmin şəxslərin cəzalandırılmasını tələb edib.

Məhkəmə hər iki şəxsi 1000 manat cərimələyib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR