Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Mardin vilayətində iki ailə arasında bələdiyyə sədrliyi namizədliyi üstündə çıxan davada 15 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, daş və dəyənəklərin istifadə edildiyi dava əlaqədar bir nəfər həbs olunub.
Hadisənin ortaya çıxan görüntüləri davanın dəhşətini gözlər önünə sərib.
Başından aldığı zərbə ilə ağır yaralanan bir nəfərin reanimasiyada müalicəsi davam edir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ