İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçikadan Ukraynaya 1,7 milyardlıq DƏSTƏK

“Belçika dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirə hesablanan vergiləri - 1,7 milyard dollar avronu Ukraynaya köçürəcək”.

Musavat.com xəbər verir ki, bunu Belçikanın baş naziri Aleksandr de Kroo Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

Baş nazirin sözlərinə görə, dondurulan aktivlər və onların investisiya şəklində yatırılmasından əldə olunan gəlirlər ayrı-ayrı anlayışlardır: “Hər iki məsələ ilə bağlı qərar vermək səlahiyyəti Avropa İttifaqındadır. Biz isə aktivlərin investisiyasından əldə olunan gəlirlərə hesablanmış vergi məbləğini - 1,7 milyard avronu Ukraynaya dəstək və bərpa məqsədilə verə bilərik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR