İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb

Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.

Bildirilib ki, idxalatçı şirkət “AFM Construction” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Ptizefabrika Qorodok” MMC-nin istehsalı olan 7610,07 kq dondurulmuş toyuq məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR