İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusda prezident seçkisinin nəticələri açıqlandı, ilk təbrik Putindən gəldi  

Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu yenidən Belarus prezidenti seçilməsi münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin saytında teleqram dərc olunub.

“Hörmətli Aleksandr Qriqoryeviç, yenidən Belarus Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz sizin yüksək siyasi nüfuzunuzu, habelə əhalinin Belarusun dövlətçilik kursuna şəksiz dəstəyini əyani şəkildə nümayiş etdirir”.

Dövlət başçısı qeyd edib ki, son vaxtlar iki lider Moskva ilə Minsk arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün çox iş görüb.

Putin vurğulayıb ki, Rusiya və Belarus çoxşaxəli əməkdaşlığı daha da inkişaf etdirmək, Birlik Dövləti təsisatlarının səmərəliyini artırmaq və Avrasiya məkanında qarşılıqlı faydalı inteqrasiya proseslərinə kömək etmək üçün sıx əməkdaşlıq etməyə davam edəcəklər.

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, ötən gün keçirilən prezident seçkilərində Lukaşenko 86,82 faiz səs toplayıb.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR