İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusda 3 jurnalistin qiyabi məhkəməsi başlayıb: Onlar 1586 cinayətdə suçlanır!

Minsk vilayət məhkəməsi NEXTA teleqram kanalının jurnalistləri Roman Protaseviç, Stepan Putilo, Yan Rudikə qarşı cinayət prosesinə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmə zalında yalnız ev dustaqlığında olan Protaseviç yer alıb. Rudik və Putila xaricdə olduqları üçün qiyabi mühakimə olunurlar.

2022-ci ilin iyulunda Aleksandr Lukaşenko xaricdəki Belarus vətəndaşlarınıın qiyabi mühakimə olunmasına icazə verən qanunu imzalayıb.

Belarusun BelTA dövlət agentliyinin məlumatına görə, müttəhimlər azı 1586 cinayət törətməkdə ittiham olunurlar. Bunların içində “sosial nifrətin qızışdırılması”, “kütləvi iğtişaşların təşkili”, “dövlət hakimiyyətinin ələ keçirilməsinə ictimai çağırışlar”, “terror aktları”, “ekstremist birliyin qurulması və onun rəhbərliyində yer almaq”, “prezidentin ünvanına böhtan və ictimai təhqir” və s. kimi suçlamlaar var.

Həmçinin Protaseviç, Putila və Rudik dövlət hakimiyyətini konstitusiyaya zidd yolla ələ keçirmək və ekstremist fəaliyyəti maliyyələşdirmək üçün sui-qəsd təşkil etməkdə ittiham olunublar. Stepan Putila terror təşkilatının fəaliyyətini təşkil etməkdə suçlanır.

Yan Rudik prokurorluğun iddiasına ironiya ilə reaksiya verib: "Mən günahımı tam etiraf edirəm və 15 milyon dollar (qiyabi) ödəyirəm. Xahiş edirəm, ittihamları götürün. Mən qiyabi oturmaqdan bezmişəm", - deyə Rudik telegram kanalında yazıb.

Qeyd edək ki, NEXTA kanalı 2020-ci ildə Belarus etirazlarını işıqlandırması ilə tanınıb. Hazırda NEXTA əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsini Ukraynapərəst mövqelərdən işıqlandırır, eyni zamanda Belarus hakimiyyətini Rusiyanı dəstəklədiyinə görə tənqid edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR