İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus ordusu “Oreşnik”lə silahlanır – Qərb NARAHATDIR

Rusiyanın “Oreşnik” kompleksi tezliklə Belarus ordusunun silahlanmasına daxil ediləcək.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizə taktiki nüvə silahı verilib. Tezliklə Belarus ordusunun silahlanmasına ən yeni hipersəs silah kompleksi “Oreşnik” daxil olacaq”, – deyə Belarus lideri Federasiya Şurasında çıxışı zamanı bildirib.

Lukaşenkonun sözlərinə görə, bu raket üçün buraxılış qurğusu Belarusda istehsal olunur.

“Minsk bir neçə raketin alınmasına ümid edir, buraxılış qurğularını isə özümüz hazırlayacağıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Belarusun hipersəs silahlarına sahib olması Qərbdə ciddi narahatlıq doğura bilər. Son dövrlərdə Rusiya ilə hərbi əməkdaşlığını gücləndirən Minsk, NATO-nun şərq sərhədlərində hərbi güc balansını dəyişdirmək potensialına malikdir. Xüsusilə, hipersəs raketlərinin yüksək sürəti və manevr qabiliyyəti onları mövcud hava hücumundan müdafiə sistemləri üçün çətin hədəfə çevirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR