İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədənində 50-yə yaxın xalı olan insanların DİQQƏTİNƏ

Bədənində 50-yə yaxın xal olan insanlarda melanoma riski yüksəkdir.

Onkoloq Maksim Astraxançev bu barədə xəbərdarlıq edib.

“Xallardan bir neçəsinin forma və ölçüsünü dəyişməsi təhlükəli məqamdır. Elmi araşdırmalar sübut edib ki, bədənində 30-40 xalı olanlar təhlükədədir. Onlar dərilərini UB şüalardan ciddi qorumalıdır. Həmişə yüksək qoruculu SPF kremlər çəkməlidir.

Ayda bir dəfə xallarınızı müayinə edin. Ən böyük xallarda dəyişiklik varmı, rəngi tündləşibmi?

Şübhəli xal görsəniz, onko dermatoloqa gedin, xaldan analiz götürülüb, xoş və ya bəd olması yoxlanılmalıdır. Hazırda melanoma dünyada sürətlə artır”, - onkoloq bildirib. (medicina.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR