Onlayn ictimai-siyasi qəzet
Bədəninizdən gələn bəzi qoxuların daxilinizdəki xəstəlikdən xəbər verdiyini bilirdiniz? Bəli, əksər insan pis qoxunun səbəbini natəmizlikdə axtarır. Amma məsələ heç də elə deyil.
İdman zamanı və ya istidə, aktiv tərlədiyimiz zaman bədəndə qoxu arta bilər. Duşdan sonra, bütün tər və dəri piyi bədəndən yuyulduqda, bu qoxu azalır. Ancaq o, heç vaxt tamamilə yox olmur. Bəzi insanlar bədən qoxusunu ətir və ya dezodorantların qoxuları arasında gizlətməyə öyrəşib. Başqa sözlə, onların çoxu öz qoxularını da unudur... Bunda qəbahət yoxdur; hamı qəfil odekolon və ətirdən istifadəni dayandırsa, yayda qoxuların qarışmasından avtobuslarda nəfəs almaq mümkün olmayacaq.
Ancaq qoxu bədənimiz haqqında çox şey deyə bilər, hətta hansısa xəstəliyin başlamasının “həyəcan siqnalı” ola bilər. Əgər adi qoxu birdən-birə kəskin şəkildə dəyişibsə, bu, orqanizmin kimyəvi tərkibindəki dəyişikliyi göstərir. Bu cür siqnalları gözardı etmək olmaz!
Xəstəliklərin qoxuları
Turş qoxu. Həmişə xəstəlikdən danışmır, bəlkə də, siz bol ədviyyatlı yemək yemisiniz, yaxud son zamanlar rasionunuzda ədviyyatın və sarımsağın miqdarı artıb. Ancaq bəzən bu, tireotoksikozun əlaməti ola bilər. Belə ki, orqanizmdə tiroid hormonlarının sintezi artır, nəticədə, tər vəziləri aktivləşir və çoxlu tər ifraz olunur. Üstəlik, sürətlə kökəldiyinizi düşünürsünüzsə, yaxud əhvalınızın tez-tez dəyişdiyini hiss edirsinizsə, bu, endokrinoloqla əlaqə saxlamaq üçün bir səbəbdir.
Sidik qoxusu. Tərdəki ammonyak qatılığının artması səbəbindən ortaya çıxan xüsusi qoxudur. Belə dəyişikliklər böyrək və ya qaraciyər xəstəliklərindən hər hansı birinin başlanmasından xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə, o zaman bədən toksinləri başqa yollarla - məsələn; tərlə çıxarmağa çalışır. Əgər ağızdan ammonyak iyi gəlməyə başlayırsa, bu, mədə xorası yaradan Helicobacter pylori bakteriyası ilə yoluxmanın nəticəsi ola bilər. Bu cür qoxu ilə rastlaşsanız, böyrəklər bir nefroloq, mədə və qaraciyər isə qastroenteroloq və ya hepatoloq tərəfindən yoxlanılmalıdır.
Bal qoxusu. Bu xoş ətir sizi aldatmamalıdır; çünki meningit, sinüzit, otit, abses və pnevmoniyaya səbəb ola biləcək olduqca təhlükəli bir bakteriyanın qoxusudur. Bu bakteriyalar antibiotiklərə davamlıdır və onları dərmanlarla məhv etmək çətindir, ona görə də, müalicə uzun və çətin olacaq.
Balıq qoxusu. Bu qoxunu başqa qoxu ilə qarışdırmaq çətindir. Bəzən nadir bir genetik xəstəlik nəticəsində meydana çıxır. Lakin əksər hallarda bu qoxunun qaynağı vaginadakı bakterial infeksiya olur. Xəstəlik törədicisi olan bakteriyalar cinsi orqanlarda həmişə mövcuddur, ancaq immunitet aşağı düşəndə və ya orqanizmdə turşu-qələvi balansı pozulduqda aktivliklərini artırlar. Beləcə, meydana kəskin balıq qoxusu çıxır.
Turşumuş xəmir qoxusu. Bu, ciddi bir xəstəliyin-Norveç qaşınmasının təzahürüdür. Xəstəlik immunitetin azalması və ya yaşla əlaqəli demansiyanın fonunda baş verə bilir. Törədicisi qaşınma gənəsidir. Xəstəlik əksər hallarda ağır formaya keçməsə də, turşumuş xəmir qoxusuna diqqət yetirməyə dəyər.//referans.az/
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ