İnsanlara hürriyət, millətlərə istiqlal!

“BBC” Ruben Vardanyanı belə darmadağın etdi - VİDEO

“BBC”-nin 25 dəqiqə davam edən “Hard Talk” verilişi geniş beynəlxalq auditoriyaya malikdir. Belə ki, statistikaya görə, 70 milyon nəfər bu proqramı izləyir.

Peşəkarlığı ilə nüfuz qazanmış Stiven Sakurun (Stephen Sackur) apardığı verilişin bu dəfəki qonağı Ruben Vardanyan idi.

Bu müsahibəni diqqətlə izlədim. Ruben Vardanyan bu fürsətdən yararlanıb, Laçın yolunun bağlanmasından dolayı Azərbaycanın əleyhinə iddialar səsləndirməyə çalışdı. Elə səsləndirdi də. Ancaq Stiven Sakur Ruben Vardanyanı bütün dünyanın gözü qarşısında darmadağın etdi.

Belə ki, jurnalist ustalıqla onun Rusiyanın adamı olduğunu dəfələrlə vurğuladı. Ermənistanla Qarabağ ermənilərinin Rusiyaya, cənab Putinə olan münasibətindəki antaqonist ziddiyyəti xüsusi ilə qabartdı. Üstəlik, jurnalist onu da ortaya qoydu ki, Ruben Vardanyan Ukraynada qırğın törədən Rusiyanın əleyhinə bir kəlmə də olsun söz demək gücündə deyil.

Jurnalist bir neçə dəfə dedi ki, siz rəhbərlik etdiyiniz ərazidəki insanların problemini çözmək üçün Azərbaycanla anlaşmalısız. Ruben Vardanyan isə təkidlə dedi ki, Artsax müstəqil olmalıdır. Jurnalist vurğuladı ki, rəsmi İrəvan Qarabağın müstəqilliyi fikirindən artıq imtina edib. Siz isə müstəqillikdən danışırsız. Yəni Ruben Vardanyan özünü kompromisə getməyən birisi kimi təqdim etməklə böyük səhvə yol verdi. Qərbdə bu tip adamları heç sevmirlər...

Əminliklə deyim ki, Qərb tamaşaçısı üçün Ruben Vardanyan bundan sonra “ölü can”dan başqa bir şey deyil...

Əminəm ki, bu müsahibə əks-effekt verəcək.

P.S. 2020-ci ilin avqustunda “Hard Talk” Stiven Sakur şəxsində Nikol Paşinyandan da müsahibə götürmüşdü. O vaxt Paşinyanı divara dirəyən jurnalist Ermənistanın baş nazirini biabırçı vəziyyətdə qoydu. Xüsusən, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” fikrinə qarşı çıxdı...

Sentyabrın 27-də isə II Qarabağ Müharibəsi başladı. Və “Qarabağ Azərbaycandır” şüarı reallığa çevrildi. İnşallah, bu müsahibədən sonra da Qarabağ məsələsi birdəfəlik gündəmdən çıxar...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR