İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramqabağı ər-arvad arasında dava: "30 manat verdi ki..."

Bakının Qaradağ rayonunda 1977-ci il təvəllüdlü Təvəkkül həyat yoldaşı Ulduza (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə bu il martın 18-də baş verib. Təvəkkül həmin gün saat 16.00-da yaşadığı evdə həyat yoldaşına bazarlıq etməyə 30 manat verməsi, mübahisəyə görə pulu geri tələb etməsi və qadının bundan imtina etməsinə görə münaqişə yaranıb.

Təvəkkül yumruq zərbələri ilə Ulduzun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təvəkkül elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Uldyz onun həyat yoldaşıdır, birgə nikahdan iki övladı var, əvvəllər münasibətləri yaxşı olub: “Sonradan sipirtli içki qəbul etdiyim üçün Ulduz narazılıq edir, qazandığım pulları ona verməyimi tələb edirdi. Ulduz verilən pula qane olmur, evdə yeməyin olmadığını, uşaqların ac qaldığını bildirir, qazandığım pulla kafedə yeyib-içməyimə etiraz edirdi.

Yola getmədiyimiz üçün Ulduz boşanmaq üçün Qaradağ rayon Məhkəməsinə müraciət etdi, nikahımıza xitam verildi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, buna baxamayaraq Ulduzla bir evdə yaşayır: “Hadisə günü işdən çıxıb, kafedə yeyib içdim. Saat 16.00-da evə gəldim. Evdə Ulduz ”mənə pul ver, bayram bazarlığı edəcəm” dedi. Bazarlıq üçün ona 30 manat verdim. O, pulun azlığından şikayətləndi, “pulu arağa xərcləmisən, gətirərdin evə bazrlıq edərdik” dedi. Mənə iradlar bildirdiyi üçün aramızda münaqişə yarandı. Dedim ki, verdiyim 30 manat pulu özümə qaytar. Ulduz isə pulu qaytarmayacağını bildirdi ”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ulduz Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək ondan şikayət edəcəyini bildirib: “Ulduzun “Samsung” mobil telefonu uşağın əlində idi. Uşaq telefonda oyun oynayırdı. Məndən şikayət olmasın deyə uşağın əlindən telefonu aldım, otqadan çıxmaq istəyərkən Ulduz məni saxladı, telefonu qaytarmağımı tələb etdi.

Telefonu qaytarmaq istəməyəndə aramızdakı münaqişə daha da qızışdı. Ona görə evdən çıxa bilmədim. Əsəbləşdiyim üçün telefonu dişləyərək ekran hissəsini zədələdim. Əl zərbələri ilə Ulduzun başına və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurdum. Sonra evdən çıxdım”.

İş üzrə zərərçəkmiş Ulduzun sözlərinə görə, əri Təvəkkül spirtli içki aludəçisidir, qazandığı pulları içkiyə xərcləyir, mütamadi olaraq onunla münaqişə yaradır, dəfələrlə onu döyüb: “2023-cü ilin mayında məhkəmə tərəfindən nikahımıza xitam verilib”.

Zərərçəkmiş qeyd edib ki, martın 18-də saat 16.00-da evdə olub: “Təvəkkül evə gələndə dedim ki, qarşıdan Novruz Bayramı gəlir, evdə heç nə yoxdur, pul ver, gedib bazarlıq edim. Təvəkkül də mənə 30 manat verdi. Bir neçə dəqiqə sonra heç bir səbəb olmadan Təvəkkül mənimlə mübahisə etdi. Bazarlıq etmək üçün mənə verdiyi 30 manat pulu qaytarmağımı tələb etdi. Fikirləşdim ki, pulu məndən alıb spirtli içkiyə xərcləyəcək, uşaqlar da ac qalacaq, ona görə pulu qaytarmadım.

Təvəkkül mənimlə münaqişə yaratdı, ünvanıma nalayiq ifadələr işlətdi. Ondan sakit olmasını tələb etdim. Yumruqla başıma və bədənimin müxtəlif nahiyələrinə vurub mənə xəsarət yetirdi.

“Samsung” markalı mobil telefonum azyaşlı uşağımın əlində idi. Evdən gedərkən uşağın əlindən telefonumu aldı. Qaçmaq istəyərkən həyətdə onu tutub saxladım, telefonunumu istədim. Telefonu mənə qaytarmadı, ekranını dişləri ilə zədələdi, sonra da yerə atdı. Telefonu təmir etdirmək üçün 150 manat xərcləməli oldum”.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Təvəkkül aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR