İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin seçki qərargahına 1 gündə 10 milyon dollar ianə edildi – Tramp pulsuz qalıb...

ABŞ-ın hazırkı prezidenti Co Baydenin ölkədəki vəziyyətlə bağlı Konqresdəki çıxışından sonra onun seçki qərargahına 24 saat ərzində 10 milyon dollar ianə edilib.

Musavat.com xəbər verir ki, bu, rekord məbləğdir.

Baydenin seçki qərargahının yaydığı məlumata görə bu, dövlət başçısının kampaniyasının başlanmasından bəri 24 saatlıq müddətdə ən böyük ianə qəbuludur.

Baydenin qərargahının meneceri Juli Çaves Rodriges Respublikaçı namizəd, keçmiş prezident Donald Trampa işarə edərək deyib: “Biz digər oğlana və onun uğursuz kampaniyasına başsağlığı veririk. Sən demə, qadın hüquqlarına basqılar, varlılar üçün verginin azaldılması və Amerika demokratiyası hücum heç də uğur gətirən mesajlar deyilmiş".

Baydenin qərargahı 2023-cü ilin dördüncü rübündə 97 milyon dollar ianə aldıqdan sonra 2024-cü ilə 117 milyon dollarla başlayıb. Bütün yanvar ayı ərzində dövlət başçısının qərargahı və onunla əlaqəli partiya strukturları 42 milyon dollar toplayıblar. Bu həftə qərargah altı həftə ərzində 30 milyon dollarlıq reklam xərclərini açıqlayıb. 2023-cü ilin aprel ayından, prezident yenidən seçilmək niyyətini elan etdikdən sonra, onun qərargahı altı həftəlik müddətdə heç vaxt reklama bu qədər pul xərcləməmişdi.

Trampın qərargahı isə son bir il ərzində məhkəmə proseslərinə milyonlarla dollar xərclədi və bu, əhəmiyyətli bir çatışmazlıq yaratdı. Son məlumatlara görə, yanvarın sonunda eks-prezidentin qərargahında cəmi 30 milyon dollar vardı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR