Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Co Baydenin Ukraynaya ATACMS raketlərindən istifadəni təsdiqləməsi keçmiş prezident Donald Trampa Rusiya ilə mümkün danışıqlarda əlavə üstünlük verir.
Musavat.com xəbər verir ki, bunu "Bloomberg" agentliyinin şərhçisi Andreas Klut deyib.
Klut qeyd edib ki, Baydenin bu qərarı, Amerikanın raketlərinin Rusiya dərinliklərinə zərbə endirməsinə icazə verməsinə baxmayaraq, döyüş meydanında həlledici nəticələr əldə olunmasına səbəb olmayacaq.
Bu vəziyyətin 2024-cü il prezident seçkilərində Respublikaçı namizədin xarici siyasət gündəliyində mühüm yer tutacağı güman edilir. Trampın bu qərarı danışıqlarda yeni "kart" kimi istifadə edə biləcəyi vurğulanır.
20 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ