İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin ailəsi Çindən milyonlarla pul alıb?

ABŞ-ın hazırkı prezidenti Co Baydenin ailə üzvləri o, hələ vitse-prezident olarkən Çindən milyonlarla dollar alıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və hesabatlılıq komitəsinin sədri Ceyms Komer (Kentukki ştatı) çıxış edib.

Onun sözlərinə görə, komitə "Co Baydenin dövlət vəzifəsində çalışmasından qazanc əldə edən "ailə üzvlərinin" kölgə sövdələşmələrini" araşdırır.

“Co Bayden 2020-ci il seçkilərindən bəri ailəsinin Çindən pul almadığını iddia edir. Lakin o, indi də Amerika xalqına yalan danışmağa davam edir. Baydenlər Çindən milyonlarla dollar alıblar. Prezidentin bundan xəbərinin olmaması ağlasığmazdır”, - deyə o bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR