İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenə Şokin şoku - Konqresmen Qrin prezidenti impiçment etməyə çağırır

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Mercori Teylor Qrin Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinin ABŞ prezidenti Co Baydenə qarşı korrupsiya iddiaları səsləndirməsindən sonra prezidenti istintaqa cəlb olunmasını istəyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Qrin Şokinin “Fox News”-a verdiyi müsahibədən bir parça dərc edib. Şokin həmin müsahibədə prokuror vəzifəsindən azad edilməsindən danışıb. Şokinin sözlərinə görə, Bayden işdən çıxarılması müqabilində Ukraynaya bir milyard dollar verib. Qrin özü videoya şərhlərdə bildirib ki, ABŞ Baydenlə bağlı araşdırma aparmalıdır.

"Konqres sentyabrda toplanan kimi impiçment sorğusunu təsdiq etməliyik", - deyə o yazıb.

 

baydenşokqr.JPG (51 KB)

     Konqresmen Qrin                           Cozef Bayden                                   Viktor Şokin

Qrin bir müddət əvvəl Baydenin rüşvət aldığı üçün həbsxanaya göndərilməli olduğunu da bildirib. O qeyd edib ki, prezident dərhal impiçment edilməlidir.

Bundan başqa, ABŞ Nümayəndələr Palatasının digər üzvü Loren Bobert də impiçmentdən bəhs edib. Onun sözlərinə görə, prezidentin ölkənin cənub sərhədlərinin təhlükəsizliyini təmin edə bilmədiyi üçün Konqresə müvafiq məqalələr təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR