İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən çoxdan gözlənilən ADDIM - Gələn həftə elan edəcək

ABŞ prezidenti Co Baydenin gələn həftə 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində ikinci müddətə namizədliyini açıqlayacağı gözlənilir.

Musavat.com xəbər verir ki, "New York Times" qəzeti bu bəyanatın gələn çərşənbə axşamı videomesajla elan oluna biləcəyini yazıb.

Bayden aylardır ki, ikinci müddətə namizədliyini irəli sürməyi planlaşdırır, lakin demokrat namizədlər ara seçkilərdə gözləndiyindən daha yaxşı çıxış etdikdən sonra bu açıqlama onun komandasının tələbi ilə təxirə salınıb.

Digər tərəfdən, Ağ Evdəki ekspertlər Baydenə tövsiyə ediblər ki, respublikaçılar namizədlik yarışında bir-biri ilə mübarizə apararkən özünü siyasi çəkişmələrdən uzaq tutsun.

80 yaşlı Bayden növbəti dəfə prezident seçilsə, ikinci müddətinin sonunda 86 yaşı olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR