İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden yenə yanıldı və dünyanı yalamağı təklif etdi

ABŞ prezidenti Co Baydenin İrlandiyada çıxışı zamanı dili dolaşıb və tamaşaçıları dünyanı yalamağa dəvət edib.

Musavat.com xəbər verir ki, bu barədə xarici media Ağ Evin yayımına istinadən məlumat yayıb.

Amerika dövlətinin başçısı qala-ziyafətdəki çıxışında iştirak edənlərə təşəkkür edib: “Allah sənə rəhmət eləsin. Və gəlin... Dünyanı yalayaq. Gəlin bunu edək”.

Səfərinin əvvəlində Bayden reqbi oyunçularını müstəqillik müharibəsində Londonun tərəfində vuruşan ingilis döyüşçüləri ilə qarışdırıb. O, Yeni Zelandiyanın "All Blacks" reqbi komandasını Britaniyanın paramiliter təşkilatı "The Black and Tans"la səhv salıb.

Qeyd edək ki, Bayden daha bir müddətə ABŞ prezidenti olma niyyətindədir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR