İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden yenə GÜNDƏM oldu

Amerika prezidenti Co Bayden Texasa səfəri zamanı “Salvation Army” xeyriyyə təşkilatını ABŞ Məxfi Xidməti ilə səhv salıb.

Musavat.com xəbər verir ki, xəbəri hakim Demokratlar Partiyasına müxalifliyi ilə bilinən “Fox News” kanalı yayıb.

Kanal ABŞ prezidentinin Meksika ilə sərhəddə yerləşən El Paso şəhərinə bazar günü səfəri zamanı “Xilas Ordusu” nümayəndəsi ilə danışığını əks etdirən video yayıb. Burada Bayden “Mən Polşa və Ukraynada Məxfi Xidmətdə bir müddət keçirdim” - deyib. Daha sonra o, yenə Məxfi Xidmət ifadəsini təkrarlayıb.

Qurtuluş Ordusu (Salvation Army) Londonda yerləşən xristian xeyriyyə təşkilatıdır.

Son illərdə ABŞ Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən Məxfi Xidmət ilk növbədə ölkənin ali rəhbərliyini və Amerika torpaqlarında yerləşən xarici liderləri müdafiə edir. 2003-cü ilə qədər federal hüquq-mühafizə orqanı statusuna malik bu xüsusi xidmət ABŞ Maliyyə Nazirliyinin strukturuna daxil olub.

Qurumun Maliyyə Nazirliyinin tərkib hissəsində olmasının maraqlı tarixi var. Belə ki, Məxfi Xidmət 1865-ci ildə ABŞ milli valyutasının saxtalaşdırılmasına qarşı mübarizə aparmaq üçün yaradılıb, lakin sonradan onun funksiyaları xeyli genişlənib. Məxfi Xidməti xatırladan Bayden, görünür, 2022-ci ilin martında Polşaya səfərini nəzərdə tutub. Lakin ABŞ prezidenti həmin vaxt Ukrayna ərazisinə səfər etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR