İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden yenə GÜNDƏM oldu - VİDEO

ABŞ prezidenti Co Baydenin kiçik bir qızla yöndəmsiz davranışı böyük təpki çəkib.

Musavat.com xəbər verir ki, bu barədə "Fox News" kanalı məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti cümə axşamı Helsinkidən getməzdən əvvəl onu yola salmağa gələn səfirlik əməkdaşları və onların ailə üzvləri ilə salamlaşıb. Bu zaman Baydenin kiçik bir fin qızının çiynindən dişləmək istədiyi görünüb. Co Bayden daha sonra onun başından öpmək istəyəndə qız qorxub və üzünü çevirib.

Baydenin uşaqların əhatəsində olan yöndəmsiz davranışının ən məşhur olaylarından biri 2015-ci ildə baş verib. Həmin vaxt vitse-prezident olaraq getdiyi ölkədaxili səfərlərdən birində senator Kris Kunsun qızının qulağına nəsə pıçıldayıb. Bu anın videoyazısında Baydenin yanağından öpmək istəyərkən qızın özünü narahat hiss etdiyi və çəkildiyi aydın görünmüşdü.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR