İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Tik-Tok-un taleyini Tramp administrasiyasına həvalə etdi

ABŞ Prezidenti Co Bayden Tik-Tok sosial şəbəkəsinin ölkədə bloklanması ilə bağlı qərar qəbul etməyib. Bu məsələni həll etmək növbəti administrasiyaya, yəni Donald Tramp administrasiyasına buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyin məlumatına görə, Bayden administrasiyası prezidentlik müddətinin bitməsinə üç gün qalmış TikTok-a qarşı yeni qanun tətbiqi və ya sosial şəbəkənin potensial bloklanması ilə bağlı qərar qəbul etməməyi üstün tutub. Bunun əvəzinə, problemi gələcək administrasiyanın səlahiyyətinə buraxmaq qərarı verilib.

Tik-Tok uzun müddətdir ki, ABŞ siyasətçilərinin diqqət mərkəzindədir. Sosial şəbəkə ilə bağlı milli təhlükəsizlik narahatlıqları, xüsusilə Çin hökuməti ilə əlaqələri ilə bağlı müzakirələr davam edir. Bayden administrasiyasının bu məsələdə qərar qəbul etməməsi, məsələni Tramp administrasiyasının həll edəcəyini göstərir.

Bu yanaşma, Tik-Tok-un ABŞ-dakı fəaliyyətinə dair mübahisələrin daha da uzanacağını və sosial şəbəkənin gələcəkdə də hüquqi və siyasi mübahisələrin mərkəzində qalacağını ehtimal etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR