İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Səudiyyə şahzadəsinin düz üzünə Qaşıqçının qətlinə görə məsuliyyət daşıdığını deyib

ABŞ prezidenti Co Bayden rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının İstanbuldakı qətlinə görə məsuliyyət daşıdığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Mən görüşün əvvəlində bu məsələni qaldırdım, o zaman bu barədə nə düşündüyümü və indi nə düşündüyümü izah etdim. Bununla bağlı fikrimi onun özünə aydın şəkildə ifadə etdim ",-deyə ABŞ prezidenti bildirib.

“Mən açıq şəkildə dedim ki, ABŞ prezidentinin insan haqları məsələsində susmasının bizim dəyərlərimizlə bir araya sığmayacağını ifadə etdim. Mən həmişə bu dəyərləri müdafiə edəcəm”,-deyə Ağ Ev rəhbəri qeyd edib.

Jurnalistlərdən biri vəliəhdin necə reaksiya verməsi ilə bağlı soruşub. Bayden bu suala belə cavab verib: “O, , buna görə şəxsən məsuliyyət daşımadığını söylədi. Mən isə “fikrimcə məsuliyyətiniz olub” deyə bildirdim”,-deyə Birləşmiş Ştatlar prezidenti qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR