İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden qərarını verdi - F-16-lar Ukraynaya göndərilməyəcək

ABŞ prezidenti Co Bayden Ukraynanın F-16 döyüş təyyarələrini almayacağını bəyan edib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Co Bayden Vaşinqtonda jurnalistlərin suallarını cavablandırıb.

Bayden jurnalistlərdən birinin "ABŞ Ukraynaya F-16-lar verəcəkmi?" sualına “Xeyr” cavabını verib.

Bayden Rusiya-Ukrayna müharibəsinin birinci ili üçün Avropaya gedib-getməyəcəyinə əmin olmadığını bildirib.

Fevralda Polşaya səfər edəcəyini deyən ABŞ lideri dəqiq tarix açıqlamayıb.

Bayden, həmçinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti ilə görüşündə büdcə limiti məsələsini müzakirə edəcəklərini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR