İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden qərarını açıqladı - 2024-cü ildə...

ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, o bu barədə Tvitter hesabında paylaşım edib.

"Hər nəslin demokratiya və əsas azadlıqlarını müdafiə etmək üçün ayağa qalxmalı olduğu bir an var. Mən bu anın bizimki olduğuna inanıram. Buna görə də ABŞ prezidenti vəzifəsinə yenidən seçilmək üçün namizədliyimi irəli sürürəm. Bizə qoşulun, bu işi bitirək" - Bayden paylaşımında qeyd edib.

Qeyd edək ki, 80 yaşında olan Bayden ABŞ-ın ən yaşlı prezidentidir. O, yenidən ABŞ prezidenti seçilərsə, vəzifəsinin icrasını bitirəndə 86 yaşı tamam olacaq.

Bundan başqa, Bayden 2024-cü il prezident seçkilərində iştirak etmək üçün ilk növbədə Demokrat Partiyasının rəhbərliyinə namizəd seçilməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR