İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Orbanı diktaturaya can atmaqda ittiham edib

ABŞ Prezidenti Co Bayden Macarıstanın Baş naziri Viktor Orbanı diktaturaya can atmaqda ittiham edib.

Ağ Ev rəhbəri ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşünü şərh edərkən macar siyasətçi haqqında danışıb:

“Bu gün onun Mar-a-Laqoda kiminlə görüşdüyünü bilirsinizmi? Demokratiyanın işlədiyinə inanmadığını birbaşa deyən, NATO-nun yeganə üzvü kimi diktaturaya nail olmağa can atan macarıstanlı Orbanla”, - deyə Bayden bildirib.

Orban və Tramp arasında görüş Amerikanın keçmiş lideri Mar-a-Laqonun Floridadakı malikanəsində baş tutub.

Qeyd edək ki, Viktor Orban bir müddət əvvəl Ukraynadakı münaqişəni dayandırmağa qadir olan şəxsin Donald Tramp olduğu fikrini bildirmişdi.\\APA 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR