İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Nigerdəki xuntadan prezidenti azad etməyi tələb edib

ABŞ prezidenti Co Bayden dövlət çevrilişi cəhdi fonunda Nigerdə demokratiyanın qorunub saxlanmasına çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin saytında yazılıb və qeyd olunub ki, Vaşinqton Niger xalqını dəstəkləyir.

“Niger xalqının öz liderlərini seçmək hüququ var. Onlar azad və ədalətli seçkilər vasitəsilə öz iradələrini ifadə ediblər və buna hörmət edilməlidir. Mən prezident Məhəmməd Bazum və ailəsinin dərhal azad edilməsinə və Nigerdə çətinliklə qazanılmış demokratiyanın qorunub saxlanmasına çağırıram", - deyə Bayden mövqeyini açıqlayıb və Niger xalqını dövlət müstəqilliyinin 63-cü ildönümü münasibətilə təbrik edib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Nigerlə əməkdaşlığı yüksək qiymətləndirir, bunun üçün demokratik dəyərlərin qorunması vacibdir.

Qeyd edəl ki, iyulun 26-da səhər saatlarında Nigerin prezident qvardiyası prezident Bazumu ölkənin paytaxtı Niameydəki iqamətgahında saxlayıb. Prezident qvardiyası Bazumun iqamətgahına girişi bağlayıb və danışıqlar aparanların onu azad etmək tələbini rədd edib. Üsyançıların prezidenti istefa ərizəsini imzalamağa məcbur etdikləri bildirilir, lakin o, bundan imtina edir. Nigerdə bütün qurumların işi dayandırılıb, ölkə sərhədləri bağlanıb. KİV-in məlumatına görə, üsyana səbəb Niger prezidentinin prezident qvardiyasının komandiri, general Ömər Tçianinin vəzifəsindən azad edilməsi məsələsini qaldırması olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR