İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden MKİ-nin direktorunu kabinetinin üzvü olmağa dəvət edib

ABŞ Prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsü kabinetinin üzvü olmağa dəvət edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bayden bildirib ki, Börns ona “Amerika xalqının təhlükəsizliyini prioritetləşdirən aydın, başa düşülən təhlil” təqdim edib.

“Onun rəhbərliyi altında Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Ukraynaya qarşı amansız təcavüzü ilə mübarizədən tutmuş Çinlə məsuliyyətli rəqabətin idarə olunmasına, yeni texnologiyaların imkan və risklərinin həllinə kimi ölkəmizin əsas milli təhlükəsizlik çağırışlarına aydın, uzunmüddətli yanaşma təqdim edir”, - ABŞ-nin dövlət başçısı vurğulayıb.

Qeyd olunub ki, bu, Börnsə daha çox səlahiyyətlər vermək deyil, onun MKİ-nin direktoru kimi səmərəli fəaliyyətini tanıyan simvolik mövqedir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR