İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Milli Təhlükəsizlik Şurasında İranın İsrailə hücumunu müzakirə edir

Hazırda ABŞ prezidenti Co Bayden İranın İsrailə hücumu ilə bağlı Ağ Evdə milli təhlükəsizlik komandası ilə məsləhətləşmələr aparır.

Musavat.com xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Bayden İranın İsrailə hücumu başlandıqdan sonra Delaver ştatındakı istirahətini yarımçıq kəsərək Vaşinqtona dönüb.

Bəzi mənbələr yaxın saatlarda ABŞ-ın İranı bombalamağa başlayacağını iddia edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR