İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: İsrailin İranı nə vaxt vuracağını bilirəm

ABŞ prezidenti Co Bayden bildirib ki, İranın oktyabrın əvvəlində etdiyi raket hücumuna İsrailin necə və nə vaxt cavab verəcəyini bilir.

Guardian-ın məlumatına görə, Bayden İsrailin planları ilə bağlı əlavə təfərrüatları açıqlamaqdan imtina edib.

Prezident həmçinin Livanda atəşkəsin asanlaşdırılmasının mümkünlüyünə ümid etdiyini bildirib və əlavə edib ki, Qəzza zolağında vəziyyətin həlli daha çətin ola bilər.

Qeyd edək ki, Baydenin bəyanatı ötən gecə İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından və yüksək rütbəli İsrail rəsmisinin İranın hücumuna cavab olaraq tezliklə addım atılacağını deməsindən sonra verilib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR