İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden İranı “vurmaq” istəyir?

ABŞ prezidenti Co Bayden rəsmi Tehranın bomba istehsalını sürətləndirəcəyi təqdirdə İranın nüvə obyektlərinə zərbə endirmək planlarını müzakirə edir.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” saytı məlumat yayıb.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan prezident Co Baydenə İran hökumətinin 20 yanvardan əvvəl nüvə silahı istehsal etməyə başladığı təqdirdə ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumu variantlarını təqdim edib.

Saytın xəbərinə əsasən, Bayden və onun milli təhlükəsizlik komandası təxminən bir ay əvvəl görüş zamanı müxtəlif variantları və ssenariləri müzakirə edib, lakin prezident yekun qərar qəbul etməyib.

Məlumata əsasən, İranın nüvə proqramı Baydenin hakimiyyətdə olduğu dövrdə nəzərəçarpacaq dərəcədə irəliləyib və İran faktiki olaraq “nüvə silahını yaratmaq ərəfəsində olan dövlətə” çevrilib. İran uranın zənginləşdirilməsini 60%-ə çatdırıb. Bu da rəsmi Tehranın nüvə silahı yaratmaq üçün lazım olan 90%-ə yaxın olduğunu göstərir. Bununla belə, İran bomba hazırlamaq qərarına gəlsə belə, nüvə partlayıcı qurğu və ya döyüş başlığı hazırlamalı olacaq. İsrail kəşfiyyatı bunun ən azı bir il çəkəcəyini düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR